
Səhabələr Peyğəmbərimizin (s.ə.v.) yanında olmaq şərəfinə çatmış, şəxsən bu mübarək insan tərəfindən İslam əxlaqı ilə yetişdirilmiş çox qiymətli möminlərdir. Səhabələrin Hz. İsa ilə əlaqədar ayələr haqqında verdikləri izahlar Hz. Məhəmmədin (s.ə.v.) bu mövzuda onlara öyrətdiyi məlumatlara əsaslanır. Səhabələrin bu şərhlərinə baxanda Hz. İsanın ölmədiyinə və yenidən dünyaya gələcəyinə inandıqlarını görürük.
İbn Zeyd Ali-İmran Surəsinin 46-cı ayəsi ilə əlaqədar olaraq, "Hz. İsa beşikdə ikən insanlarla danışdı. Dəccalı yox etdikdə “kəhl” halında ikən də insanlarla danışacaq." demişdir.

Hz. İsanın gəlişi və bu qiymətli peyğəmbəri görə bilmək bütün insanlıq üçün çox böyük bir nemət, Rəbbimizdən çox böyük bir lütfdür. Hz. İsa gələndə təmiz və nurlu üzü, hikmətli, ağıllı və doğru danışıqları ilə dərhal diqqəti çəkəcək, hər kəs həyatında ilk dəfə ən yüksək insani xüsusiyyətlərə sahib bir şəxs olan mübarək bir peyğəmbər görəcək. Onun doğumu, həyatı, Allahın Dərgahına qaldırılışı və yer üzünə ikinci dəfə gəlişi kimi gəlişindən sonrakı həyatı da Allahın icazəsi ilə möcüzələrlə dolu olacaq. Bütün insanlar onun üstün əxlaqına və bənzərsiz ağlına heyran olacaq. Onun söylədiyi hər söz, etdiyi hər hərəkət hikmətli, aldığı hər qərar Allahın ilhamı ilə ən düzgün qərar olacaq.
1
2
3
4
5
6
7
8
9
10
--
12
13
14
15
16