Axır zaman anlayışı bəzi insanlar üçün tanış bir anlayış olmaya bilər. Bu səbəbdən əvvəlcə bu anlayışı qısaca açıqlamaqda fayda var. Axır zaman, "son dövr" mənasını verir və İslama görə qiyamətə yaxın bir zamanda yaşanacaq bir dövrüdür.

Qurandakı işarələri və Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki ətraflı açıqlamaları bir yerə gətirildikdə əhəmiyyətli bir nəticəyə gəlitikr. Ayət və hədislər axır zamanın iki mərhələli olduğunu göstərməkdədir. Birinci dövrə dünyanın maddi və mənəvi problemlərlə dolu olduğu bir dövr; bunun ardından gələcək ikinci dövrə isə "Qızıl dövr" olaraq adlandırılan, Quran əxlaqının və hər sahədə üstün bir rifahın yaşanacağı bir dövrdür.
15 Noyabr 1979-cu ildə dünyanın dördüncü böyük tankeri olan 150 min qrostonluk İndependenta adlı 95.530 ton xam neft yüklü bir Rum tankeri İstanbula gələrkən qəzaya uğramış və günlərlə davam edən böyük bir yanğından sonra batmışdır. Quranın Kəhf surəsinin 79-cu ayəsində 1979-cu ildə baş verən bu hadisəyə istiqamətli bəzi işarələr vardır. Bu ayədə Hz. Xızırın Hz. Musaya bir gəmi haqqında məlumat verdiyi və gəmidəki insanları qorumaq üçün müxtəlif hikmətlərlə bu gəmiyə ziyan verərək batırdığı xəbər verilmişdir:.
1 2 3 4 5 6