Bu dünya həyatı yaxşılarla pislərin, gözəlliklərlə çirkinliklərin üzə çıxdığı, insanların əməllərilə sınandığı, iman gətirənlərin və gətirməyənlərin sınanıb imtahan edildiyi keçici məkandır. Bütün varlıqları və bu imtahan mühitini yaradan Uca Allah imtahanın üçün hər dövrdə iman gətirənlərə qarşı inkar edən, günahkar düşman yaratmışdır. Hər dövrdə peyğəmbərlərin və iman gətirənlərin qarşısına çıxan bu inkarçı Peyğəmbərimizin (sav) hədislərinə görə Hz. İsanın (a.s.) yenidən yer üzünə gəlməsinin gözlənildiyi, Hz. Mehdinin (a.s.) isə zühur edəcəyi dövrdə, yəni axırzamanda gələcək “dəccal” olacaq.
Dəccali bir sistem olan masonluq, dünya miqyasında hiyləgər bir oyun oynayaraq Müsəlmanları Xristianlara və eyniylə Xristianları da Müsəlmanlara dəccal olaraq göstərməyə çalışmışdır. Səmimi dindarların arasına nifaq salıb , onları bir birlərindən şübhələnən, bir biriləri ilə mübarizə aparan iki qrup halında göstərməyə çalışmışdır. Bunu edərkən Dəccalın ən böyük məqsədi hər iki tərəfin güclərini qırmaq və səmimi dindarları bu yolla əzmək olmuşdur..
1 2 -- 4 5 6