Bədiüzzaman əsərlərində axır zaman və Hz. İsanın dünyaya ikinci dəfə gəlişi mövzusuna çox geniş yer vermişdir.  

Səid Nursinin yüzlərlə səhifəlik bu izahlarından bəzilərini belə sıralaya bilərik:

Bədiüzzaman Hz. İsanın Allahın Dərgahında əvvəlki bədəni ilə birlikdə olduğunu və elə əvvəlki bədəni ilə də dünyaya qayıdacağını bildirmişdir.

 

 

...HƏZRƏTİ İSA ƏLEYHİSSALAM İSƏVİLİK ŞƏXSİ-MƏNƏVİSİNİN TƏMSİLCİSİ KİMİ DİNSİZLİYİN ŞƏXSİ-MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI yox edər... (Məktubat, 6)

QEYD: Bədiüzzaman bu sözündə, "Hz. İsanın xristianlığın şəxsi-mənəvisini təmsil edəcəyini" deyir. Bədiüzzaman bu günə qədər göndərilmiş bütün elçilər və peyğəmbərlər kimi Hz. İsanın da onu dəstəkləyən, ona inanan və onun yolu ilə gedən şəxslərdən ibarət bir şəxsi-mənəvisi, yəni, mənəvi şəxsiyyətinin olacağını bildirir.

1 2 3 4 5 6 7 8 9 10 11 -- 13 14 15 16