Peyğəmbər Əfəndimizin (s.ə.v.) hədislərində və İmam Rəbbani, Cəlaləddin Suyuti, Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin izahlarında Hz. Mehdinin (ə) fiziki və əxlaqi xüsusiyyətləri, harada ortaya çıxacağı, çıxışının əlamətlərinin nələr olduğu, ona necə beyət ediləcəyi təfərrüatlı şəkildə təsvir edimişdir. MEHDİYƏTİ İZAH EDƏN MİNLƏRLƏ HƏDİSDƏ HZ. MEHDİ (ə) BİR ŞƏXS, ALLAHIN ÜSTÜN ELMLƏR VERDİYİ BİR BƏŞƏR OLARAQ BİLDİRİLİR. HEÇ BİR HƏDİSDƏ HZ. MEHDİNİN (ə) RUH OLDUĞU BİLDİRİLMƏYİB. BELƏ BİR EYHAM, BİR İŞARƏ YOXDUR.
Bu elə bir zamandır ki, o zamanda batil haqqın, səhv doğrunun üstünü örtər; hökmləri  satarlar, bu satışa da hakimlər razı olduqları üçün hökm haqqa zidd olar və haqqa nail olmaq olmaz, ədalət dəyərsiz bir şeyə çevrilər. İnsanlar Allahın dinini təhrif edərlər, Allahın hökmünü dəyişdirərlər. Bir hakim kimi yalan söz dinləyib, daim haram yeyərlər.

 

 


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 -- 15 16 17 18 19