Hz. İbrahimin nəsli iki oğlu olan hz. İsmayıl və hz. İshaqla davam etmişdir. Hz. İshaqın nəslindən olan israiloğullarına tarix boyu bir çox peyğəmbər gəlmişdir: hz. Yaqub, hz. Yusif, hz. Musa, hz. Harun, hz. Yunis, hz. Əyyub, hz. İlyas, hz. Davud, hz. Süleyman, hz. Zəkəriyya, hz. Yəhya və hz. İsa. Hz. İsmayılın nəslindən isə islam peyğəmbəri hz. Muhəmməd (s.ə.s.), onun ailəsindən gələn imamlar və ən son olaraq da imam Muhəmməd əl-Mehdi gəlir.

 

 

Axır zamanda gələcək Mehdinin (ə.s.) və camaatının xüsusiyyətləri, vəsilə olacaqları müjdəli dövr İbrahimi dinlərin öz müqəddəs qaynaqlarında çox ətraflı təsvir edilir. Hikmətli bir şəkildə rəvayət olunan bütün bu izahlar hər üç dində də bir-birinə uyğun gəlir. Bundan əsrlərlə əvvəl təsvir edilən bir mühitin müasir dövrdə yüzlərlə dəlilə tam olaraq uyğun gəlməsi bizlərə Mehdinin (ə.s.) çıxışının çox yaxın olduğunu göstərir.

 

 


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 -- 19